2022-02-07

Səfir İrfan Davudov Malayziyanın Perak ştatına səfər etmişdir.

 

Malayziyanın Perak ştatına işçi səfər zamanı səfir İ.Davudov ştatın Birinci naziri (Chief Minister) cənab Saarani Mohamad ilə görüş keçirmiş, Azərbaycanın regionları ilə Perak ştatı arasında qarşılıqlı investisiya qoyuluşu barədə fikir mübadiləsi aparmışdır. Görüşdə ştatın sənaye, investisiya və dəhliz inkişafı üzrə naziri cənab Dato Şahrul Zaman və Perak Ştatı İnkişaf Korporasiyasının (PŞİK) nümayəndələri iştirak etmişlər.

Səfir İ.Davudov həmçinin Malayziyanın aparıcı ali təhsil müəssisələrindən olan PETRONAS Texnologiya Universitetində tanışlıq görüşü keçirmişdir.

Search in archive