2022-02-16

BU GÜN SƏFİRLİYİMİZDƏ İSTEDADLI AZYAŞLILAR QONAQ OLUB

May be an image of 6 people
 
Kuala Lumpurda fəaliyyət göstərən “Taman Melavati 2” ibtidai təhsil məktəbinin bir qrup şagirdi səfirliyimiz tərəfindən nəşr edilmiş “Azərbaycanı Boyalarla Öyrənək!” adlı boyama kitabında öz bacarıqlarını sınayıblar. Məktəblilər kitabda verilmiş Azərbaycanın milli-mədəni irsini əks etdirən nümunələri öz təxəyyüllərinin rəngarəng gücü ilə təsvir ediblər.
Onlar arasında xüsusi yaradıcılıq qabiliyyətləri ilə seçilən şagirdlərdən Ariana Khadeeja Binti Saiful Nizam, Suri Aaliyah Binti Hazruddin, Dhiya Amanee Binti Azlan və Muhammad Rayyan Hakeem B. Mohd səfirliyimizin həvəsləndirici mükafatları ilə təltif olunublar. Səfirliyin üçüncü katibi Səbinə Yolçuyeva məktəbliləri səfirliyin inzibati binası və burada nümayiş olunan Azərbaycan mədəniyyətinə məxsus eksponatlarla tanış edib.
Pandemiya məhdudiyyətləri səbəbindən təəssüf ki, iştirakçı olan bütün məktəblilərlə səfirliyimizdə görüşə bilmədik.
Taman Melavati məktəblilərini və onların əzmkar müəllimləri Fatin Izzati Hussin Pakri və Azlan Bin Şafeiyi təbrik edir, belə bir nəcib təşəbbüsə görə onlara təşəkkürümüzü bildiririk!

Search in archive