2022-02-24
Malayziya Milli Universitetinin nəzdində fəaliyyət göstərən Malayziya və Beynəlxalq Tədqiqatlar İnstitutunda (IKMAS) Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş dəyirmi masa təşkil olunmuşdur.
Bu gün Malayziya Milli Universitetinin nəzdində fəaliyyət göstərən Malayziya və Beynəlxalq Tədqiqatlar İnstitutunda (IKMAS) Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş dəyirmi masa təşkil olunmuşdur. Səfirliyimiz tədbirə evsahibliyi edən IKMAS-ın direktoru professor Sufian Jusoha və tədbirin təşklində göstərdiyi köməyə görə həmin institutun əməkdaşı dr. Mohd Shaiful Ramze Enduta təşəkkürünü bildirir.
Həmçinin səfirliyimiz tədbir zamanı Malaya Universitetinin elmi işçisi Dr. Anthony Roy Rogersin təqdim etdiyi “Xocalı: Beynəlxalq hüquq və siyasətin işığında” başlıqlı məruzəni yüksək qiymətləndirir və müəllifə təşəkkürünü ifadə edir.