2022-02-25
Səfirliyimiz Malayziyada, Bruney Darüssəlamda, Myanmada və Tailandda yaşayan həmvətənlərimizin iştirakı ilə Xocalı soyqırımının 30-cu il dönümünə həsr olunmuş anım tədbiri təşkil etmişdir.
Səfirliyimiz Malayziyada, Bruney Darüssəlamda, Myanmada və Tailandda yaşayan həmvətənlərimizin iştirakı ilə Xocalı soyqırımının 30-cu il dönümünə həsr olunmuş anım tədbiri təşkil etmişdir. Soydaşlarımız tədbirdə iştiraka böyük maraq göstərmiş, Xocalı qurbanlarının xatirəsini ən dərin ehtiramla yad etmişlər.
Tədbirdə Xocalı soyqırımının canlı şahidi Dürdanə Ağayeva o dəhşətli qətliamda məruz qaldığı işgəncələrdən, gördüyü tükürpərdici hadisələrdən danışdı.
Dürdanə xanım hazırda Xocalı soyqırımı dəhşətlərinin dünya ictimaiyyətinə çatdırılması üzrə fəal iş aparır, “Xocalıya Ədalət” kampaniyası çərçivəsində əvəzsiz xidmətlər göstərir.
Biz Dürdanə xanımın simasında Azərbaycan qadınının, Azərbaycan anasının gücünü, hər ağır sınaqdan mətanətlə çıxaraq düşmənin qarşısından bir addım belə geri çəkilmədiyini görürük.
Allah Şəhidlərimizə Rəhmət Eləsin!