2022-03-28
Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində Asiyanın ən böyük müdafiə və təhlükəsizlik sərgisi olan DSA 2022 öz işinə başlayıb
Bu gün Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində Asiyanın ən böyük müdafiə və təhlükəsizlik sərgisi olan DSA 2022 öz işinə başlayıb. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin müxtəlif adlarda istehsal etdiyi müdafiə təyinatlı məmulatlardan ibarət pavilion sərgidə ölkəmizi qürurla təmsil edir. Müdafiə sənayesi nazirinin müavini Mehman Baxışovun başçılıq etdiyi geniş tərkibli Azərbaycan nümayəndə heyəti sərgi ilə əlaqədar hazırda Malayziyada işçi səfərini davam etdirir.
Sərgi 28-31 mart tarixlərində davam edəcək.