2022-04-07

Səfir İ.Davudov Malaya Universitetində görüş keçirib

Bir 7 kişi, ayakta duran insanlar ve şunu diyen bir yazı 'UNIVERSITI MALAYA Senving the nation. Impacting the World' görseli olabilir

Malaya Universitetində tanışlıq görüşü keçirən səfir İ.Davudov universitetin vitse-kansleri Professor Dato' IR Dr Mohd Hamdi Abd Şukor ilə səmərəli görüş keçirmişdir. Görüşdə universitetin nümayəndələri Dr. Patricia Nora Riget (Beynəlxalq Əlaqələr Ofisinin direktor müavini), xanım Viqneşri Kinq, (Qlobal Əlaqələndirmə və Mobilizasiya Mərkəzinin direktoru), xanım Tuti Haryati Binti Kassim (Marketing və Məşğulluq Mərkəzinin direktoru) və səfirliyimizin əməkdaşı Səbinə Yolçuyeva iştirak etmişlər.
Məlumat üçün bildirmək istərdik ki, 2021-ci ildə Malaya Universiteti nüfuzlu "Quacquarelli-Symonds (QS) University Rankings: Asia (QS-AUR) 2022" reytinq cədvəli üzrə 8-ci yerə seçilib.

Search in archive