2022-04-08

Səfirliyimizin təşəbbüsü ilə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Malayziyanın Perak ştatında fəaliyyət göstərən Sultan Azlan Şah Universiteti (USAS) arasında virtual formatda görüş keçirilmişdir.

May be an image of 9 people, television, screen and indoor
 
Səfirliyimizin təşəbbüsü ilə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Malayziyanın Perak ştatında fəaliyyət göstərən Sultan Azlan Şah Universiteti (USAS) arasında virtual formatda görüş keçirilmişdir. Görüş iştirakçılarına UNEC-dən Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor dr. Neman Muradlı, USAS-dan isə bu ali təhsil müəssisəsinin tədris və tələbə işləri üzrə prorektoru prof. Dato’ dr. Van Sabri Bin Van Yusof rəhbərlik etmişdir. Görüş zamanı tərəflər iki təhsil müəssisəsi arasında əməkdaşılıq potensialı və qarşılıqlı təcrübə mübadiləsinə dair məsələləri müzakirə etmişlər.

Search in archive