2022-04-11

Səfirliyimizin heyəti Selanqor ştatının himayədən məhrum yaşlı qadınların məskunlaşdığı “Mesra Home” adlı Xeyriyyə Evinə baş çəkib.

 
May be an image of 4 people, people standing and headscarf
 
İslam dini bəşəriyyətə daim xeyirxahlığı, həmrəyliyi və mərhəməti təlqin edir. Bu müqəddəs Ramazan ayı günlərində səfirliyimiz Malayziyanın Selanqor ştatının Ampanq rayonunda himayədən məhrum yaşlı qadınların məskunlaşdığı “Mesra Home” adlı Xeyriyyə Evinə baş çəkdi. “Mesra Home”-un təsisçisi və fədakar rəhbəri xanım Faeza Ali, həmçinin bu təşkilatın əməksevər kollektivi və könüllüləri ilə səfirliyimizin birgə xeyriyyə aksiyaları artıq ənənəyə çevrilib.
Səfirliyimiz “Mesra Home” sakinləri üçün iftar süfrəsi açmaqdan çox şad olmuşdur.

Search in archive