2022-04-19
Azərbaycan Respublikasının vətəndaşları, hazırda Tailand Krallığında yaşayan İlkin Məsimov və Mahinur Məhərova öz nikah aktlarını səfirliyimizin konsulluq xidmətində rəsmiləşdirdi.
Bu gün səfirliyimiz xoş bir hadisəyə ev sahibliyi etdi.
Azərbaycan Respublikasının vətəndaşları, hazırda Tailand Krallığında yaşayan İlkin Məsimov və Mahinur Məhərova öz nikah aktlarını səfirliyimizin konsulluq xidmətində rəsmiləşdirdi.
Gənc cütlüyün nikah şəhadətnaməsini səfir İrfan Davudov təqdim etdi və onlara xoşbəxt ailə həyatı arzuladı.
Gənc həmvətənlərimizi təbrik edirik!