2022-06-22
Səfir İ.Davudov Malayziyanın Beynəlxalq Ticarət və Sənaye nazirliyində görüş keçirmişdir
Səfir İ.Davudov Malayziyanın Beynəlxalq Ticarət və Sənaye nazirinin müavini, senator Datuk Lim Ban Hong ilə görüş keçirmişdir. Görüş zamanı Azərbaycan və Malayziya arasında ticari-iqtisadi sahədə, o cümlədən iki ölkənin hökumət qurumları və işgüzar dairələri arasında əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılmışdır.