2022-06-29

Səfir İ.Davudov MARA Texnologiya Universiteti (UiTM) tərəfindən təşkil edilən “Beynəlxalq Tərəfdaşların Mühazirə Silsiləsi” adlı onlayn tədbirdə çıxış etmişdir

 
 
 
 
Səfir İ.Davudov MARA Texnologiya Universitetinin (UiTM) qonağı olmuş və bu təhsil müəssisəsi tərəfindən təşkil edilən “Beynəlxalq Tərəfdaşların Mühazirə Silsiləsi” adlı onlayn tədbirdə çıxış etmişdir. “Müsəlman Dünyasında İlk Parlament Demokratiyası: İslam ölkələri tarixində yeni eranın başlanğıcı” sərlövhəli məruzəsində İ.Davudov xalqımızın zəngin dövlətçilik ənənələrindən və müasir Azərbaycanın inkişaf tarixinin əsas istiqamətlərindən bəhs etmişdir.
UiTM-in beynəlxalq əməkdaşlıq departamentinin direktoru Dr.Hajah Zainab Haji Mohd Noor və onun komandasına təşəkkür edirik.
 
 
 
 
 
 
 

Search in archive