2022-06-30

Səfirliyimiz Malaya Unversiteti ilə birlikdə tədbir təşkil etmişdir

 
 
 
 
 
 
 
 
 
Səfirliyin Malaya Unversiteti ilə birlikdə təşkil etdiyi tədbirdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mövcud olan tarixi və mədəni irs abidələrinin vəziyyəti, işğal dövründə ermənilər tərəfindən həmin abidələrə qarşı həyata keçirilmiş vandalizm aktları barədə məlumat verilmişdir. Səfirliyin müşaviri R.Rüstəmov tərəfindən “Azərbaycanın tarixi, mədəni və İslam irsi” başlıqlı təqdimat-məruzədə, həmçinin Azərbaycan Respublikası ilə UNESCO arasında cari əməkdaşlıq münasibətlərindən bəhs edilmişdir.
Tədbir Malaya Universitetində fəaliyyət göstərən UNESCO Klubu və Sivilizasiya Dialoqu Mərkəzinin təşəbbüs və təşkilatçılığı, Malayziya Müsəlman Gənclər Hərəkatı (Angkatan Belia Islam Malaysia - ABIM) qeyri-hökumət təşkilatının dəstəyi ilə keçirilmişdir.
 
 
 

Search in archive