2022-08-20

Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində Muay Thai üzrə gənclər arasında Dünya Çempionatı baş tutmuşdur

Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində, Muay Thai üzrə gənclər arasında Dünya Çempionatına Malayziyanın Baş naziri Datuk Seri İsmayıl Sabri Yakoobun da iştirak etdiyi təntənəli mərasimin açılışı baş tutmuşdur. 110 ölkədən olan 3000-dən artıq idmançının qatıldığı çempionatda Azərbaycan 6 gənc idmançı ilə təmsil olunmuşdur. Azərbaycanın gənc idmançıları Kuala Lumpurda keçirilən gənclər arasında muay thai çempionatında böyük uğur qazanmışdılar. 3000-dən artıq idmançının qatıldığı çempionatda Azərbaycanı təmsil edən bütün idmançılar medal qazanmışlar. 60 kq çəki dərəcəsində Xəyal Əliyev və 48 kq çəki dərəcəsində Nihad Şoranov 1-ci yerə, 42 kq çəki dərəcəsində Natiq Əliyev 2-ci yerə, 54 kq çəki dərəcəsində Murad Nuruzadə, 48 kq çəki dərəcəsində İzzət Həsənov və 75 kq çəki dərəcəsində isə Rəvan Qasımov 3-cü yerə layiq görülmüşlər. Gənc idmançılarımızı, həmçinin onların məşqçilləri – Fəxri Əliyevi və Kamil Qasımovu urəkdən təbrik edirik.

 

May be an image of 12 people, people standing and outdoors

May be an image of 8 people, people standing and indoor

 

May be an image of 5 people and indoor

Search in archive