2022-09-08

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi (ETN) tərəfindən malayziyalı gənclər üçün Azərbaycanda ali təhsil imkanlarına dair virtual təqdimat keçirilib

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi (ETN) tərəfindən malayziyalı gənclər üçün Azərbaycanda ali təhsil imkanlarına dair virtual təqdimat keçirildi. Səfirliyimizin təşəbbüsü ilə təşkil olunmuş tədbirdə ETN-in nümayəndəsi cənab Müjdat Həsənov və onun həmkarları “Azərbaycanda təhsil” adlı tədqimat zamanı bu barədə ətraflı məlumat verdi, malayziyalı iştirakçıların suallarını cavablandırdı.
Tədbirdə Malayziyanın nüfuzlu MARA Texnologiya Universitetinin (UiTM), Malayziya Milli Universitetinin (UKM), Malayziya Texnologiya Universitetinin (UTM) və Sultan Azlan Şah Universitetinin (USAS) nümayəndələri, eləcə də Malayziya Gənclər Şurasının və Malayziya Müsəlman Gənclər Hərəkatının təmsilçiləri iştirak etdi.
 
May be an image of 12 people and text 
May be an image of 4 people and text
May be an image of 1 person and text
 

Search in archive