2022-10-03

Malayziyanın Lumut Dəniz Terminalı Bakı Limanında olub

 
 
Lumut Dəniz Terminalının direktoru Abd Manaf bin Haşimin rəhbərlik etdiyi Lumut Dəniz Terminalının nümayəndə heyəti Bakı Limanına səfər edib.
Səfər zamanı qonaqlar Bakı Limanının Əməliyyatlar departamentinin müdiri Eugene Seah və limanın əməliyyatlar üzrə komandası ilə görüş keçiriblər. Eugene Seah qonaqları salamlayaraq limanın inkişaf strategiyasının perspektivləri, o cümlədən, regional əlaqələrin və nəqliyyat sisteminin səmərəli fəaliyyətini gücləndirmək üçün limanda tətbiq olunan müasir texnologiyalar haqqında məlumat verib.
Görüş həmçinin limanın 2-ci inkişaf mərhələsində investisiya imkanlarını, eləcə də Orta Dəhlizin qlobal əlaqədə artan rolunu müzakirə etmək üçün imkanlar yaradıb. Bundan əlavə, Malayziya nümayəndə heyəti dayanıqlı inkişaf təşəbbüslərini dəstəkləmək üçün tezliklə Liman tərəfindən həyata keçiriləcək bərpa olunan enerji layihələrində Bakı Limanı ilə tərəfdaşlıq etməkdə maraqlı olduqlarını bildirib.
 
 
 
 
 
 
 
 
 
 
Bir 6 nəfər, oturan insanlar və ayaqüstə duran insanlar şəkili ola bilər
 
Bir 7 nəfər, oturan insanlar və ayaqüstə duran insanlar şəkili ola bilər
 
 
 
Bir 5 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər
 
Bir 2 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər
 
 

Search in archive