2023-02-09
Səfir İrfan Davudov və Səfirliyin əməkdaşları Türkiyədə baş verən təbii fəlakət ilə əlaqədar ölkənin Kuala Lumpurdakı səfirliyini ziyarət edib .
Azərbaycan Respublikasının Malayziyadakı səfiri İrfan Davudov və Səfirliyin əməkdaşları Türkiyədə baş vermiş təbii fəlakət-ağır zəlzələ ilə əlaqədar cari ilin 9 fevral tarixində qardaş ölkənin Kuala Lumpurdakı səfirliyini ziyarət edərək, həlak olanların ailələrinə, Türkiyə xalqına başsağlığı diləklərini çatdırıb, yaralıların tezliklə sağalmasını arzulayıblar. Ziyarət zamanı səfir Ulu öndər Heydər Əliyevin "Bir Miillət, İki Dövlət" şüarına sadiq olan Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu bildirib.