2023-03-14

Malayziyanın Sayberjaya şəhərində Azərbaycan iqtisadiyyatının təqdimatına həsr olunmuş “Malayziya - Azərbaycan tərəfdaşlıq potensialının reallaşdırılması üzrə dialoq” adlı tədbir .

Kuala Lumur, 13 mart, AZƏRTAC

Malayziyanın yüksək texnologiyalar mərkəzi hesab edilən Sayberjaya şəhərində Azərbaycan iqtisadiyyatının təqdimatına həsr olunmuş “Malayziya - Azərbaycan tərəfdaşlıq potensialının reallaşdırılması üzrə dialoq” adlı tədbir keçirilib.
Malayziya Yüksək Texnologiyalar üçün Sənaye-Hökumət Qrupu (MIGHT) və Azərbaycan səfirliyinin birgə təşkil etdiyi, Malayziya Xarici İşlər Nazirliyinin (XİN) və “BizNet” işgüzar platformasının dəstəklədiyi tədbirdə əsasən yüksək texnologiyalar və bərpaolunan enerji sektorlarını təmsil edən 40-dan çox şirkətin nümayəndəsi iştirak edib.
MIGHT-nin prezidenti Datuk Mohd Yusoof Sulaiman və Malayziya XİN-in Qərbi Asiya şöbəsinin müdiri Datuk Zahairi Baharim çıxışlarında Azərbaycanla işgüzar əlaqələrin perspektivlərindən, Malayziya şirkətlərinin bu əməkdaşlıqdan əldə edə biləcəkləri mənfəətdən danışıblar.
Səfir İrfan Davudov Azərbaycan iqtisadiyyatı, onun prioritet sahələri, ölkədə həyata keçirilən irimiqyaslı layihələr, qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlər və s. barədə ətraflı məlumat verib.
Ələt azad iqtisadi zonası, bərpaolunan enerji sahəsindəki potensial, işğaldan azad olunmuş ərazilərdə sərmayə imkanları barədə geniş təqdimatlar edilib.
Səfir tədbir iştirakçılarının suallarını cavablandırıb.

Search in archive