2023-03-06

Azərbaycanlı və malayziyalı yeniyetmələr arasında şahmat üzrə dostluq turniri

Azərbaycan-Malayziya arasında dipomatik münasibətlərin təsis edilməsinin 30 illik yubileyi münasibəti ilə azərbaycanlı və malayziyalı yeniyetmələr arasında şahmat üzrə dostluq turniri keçirilmişdir. Səfirliyin təşəbbüsü, Azərbaycan Şahmat Federasiyasının və Malayziya Şahmat Federasiyasının təşkilatçılığı ilə təşkil olunmuş turnirdə 14 -16 yaşlı qız və oğlanlardan ibarət yeniyetmələr iştirak etmişdir. Turnirdə Azərbaycan komandası ümumi hesabda 4.5-3.5 hesabı ilə qalib gəlmişdir
Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının Malayziyadakı səfirliyi gənc idmançıları təbrik edir və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayır.

 

Search in archive