2023-03-09

Azərbaycan Respublikasının Malayziyadakı səfiri İrfan Davudov Malayziya Parlamenti Nümayəndələr Palatasının sədri cənab Dato’ Johari bin Abdul ilə görüş keçirmişdir.

Azərbaycan Respublikasının Malayziyadakı səfiri İrfan Davudov cari ilin 7 mart tarixində Parlament binasında Malayziya Parlamenti Nümayəndələr Palatasının yeni sədri cənab Dato’ Johari bin Abdul ilə görüş keçirmişdir. 

Görüş zamanı tərəflər arasında  Azərbaycan-Malayziya əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparmış, iki ölkənin qanunverici orqanlarının sıx əməkdaşlıq əlaqələrinin genişləndirilməsi yolları müzakirə edilmişdir.

Həmçinin görüşdə Qoşulmama hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, BMT və onun ixtisaslaşmış qurumları çərçivəsində də  əlaqələrin davamlı inkişafına diqqət ayrılmasının vacibliyi vurğulanmışdır.

Search in archive