2023-02-25

Azərbaycan Respublikasının Malayziyadakı Səfirliyi tərəfindən cari ilin 24 fevral tarixində keçirilmiş "Xocalı Soyqırımının 31 ci il dönümü" ilə bağlı onlayn tədbir

Azərbaycan Respublikasının Malayziyadakı Səfirliyi tərəfindən cari ilin 24 fevral tarixində Xocalı Soyqırımının 31 ci il dönümü ilə əlaqədar olaraq Malayziya, Tailand Krallığı, Brunei Darüssəlam və Myanma İttifaqında yaşayan həmvətənlərimiz ilə onlayn tədbir təşkil olunmuşdur. 50 yaxın diaspor nümayəndəmizin iştirak etdiyi tədbirdə Səfir İrfan  Davudov Xocalı Soyqırımının unudulmamasının əhəmiyyətindən, bu istiqamətdəki məqsədyönlü fəaliyyətlərin ölkəmizin tarixində yaşanmış hər bir qanlı hadisənin bizə və gələcək nəsillərə istiqamətverici önəmindən, Azərbaycana qarşı uzun illərdir davam etməkdə olan ikili standartlara baxmayaraq, Prezidentimizin rəhbərliyi ilə diplomatiyamızın çox ağır sınaqlardan qalib çıxmasından ətraflı şəkildə bəhs etmişdir. 

Tədbirdə Xocalı Soyqırımının şahidlərindən biri yazıçı, publisist və jurnalist Səriyyə Cəfərova da çıxış etmişdir. O, Xocalı Soyqırımının törədildiyi gecə yaşadığı anları  və həmin hadisə şahidlərinin bəzilərinin bu vəhşiliyə dözməyərək sui-qəsdə əl atdığını onun isə yaşamağı seçdiyini tədbir iştirakçılarına anlatmışdır.  S.Cəfərova uzun illərdir bu faciənin dünyaya duyurulması istiqamətində həyata keçirdiyi fəaliyyətlərdən söz açmış və tədbir iştirakçılarının suallarını cavablandırmışdır.  Tədbirdə, həmçinin bir neçə diaspor nümayəndələrimiz də söz alaraq öz fikirlərini bölüşmüşlər.

 

Search in archive