2023-03-15
Azərbaycan Respublikasının Malayziyadakı Səfirliyi və İlahiyyat İnstitutu tərəfindən birgə təşkil edilmiş onlayn tədbir
Azərbaycan Respublikasının Malayziyadakı səfirliyi və İlahiyyat İnstitutu tərəfindən birgə 14 mart 2023-cü il tarixində təşkil edilmiş onlayn tədbirdə Malayziya Beynəlxalq İslam Universiteti (IIUM) Beynəlxalq İslam Təfəkkürü və Sivilizasiyası İnstitutunun (ISTAC) Əl-Qəzali Epistemologiya, mədəni tədqiqatlar və təcdid kafedrasının müdiri prof. Osman Bakarın "İslam və elm" mövzusunda məruzəsi maraqla qarşılandı.
