2023-05-09

Azərbaycan Respublikası Milli Məclisinin üzvü, Azərbaycan-Malayziya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Vüqar Bayramov Malayziyada işçi səfərdədir.

Azərbaycan Respublikası Milli Məclisinin üzvü, Azərbaycan-Malayziya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Vüqar Bayramov Malayziyada işçi səfərdədir.
Səfər çərçivəsində millət vəkili Malayziya Parlamenti Nümayəndələr Palatasının tərkibində fəaliyyət göstərən Malayziya-Azərbaycan dostluq qrupunun rəhbəri cənab Tuan Haji Aminolhuda bin Hassan və həmin qrupun üzvü cənab Tuan Ts. Zahir Bin Hassan ilə parlamentin inzibati binasında görüş keçirmişdir.
Həmçinin V.Bayramov Malayziya Xarici İşlər Nazirliyinin Çoxtərəfli əlaqələr baş idarəsinin direktoru, nazirliyin baş katibinin müavini cənab Dato' Cheong Loon Lai ilə görüşmüşdür.
Görüşlər zamanı Azərbaycan-Malayziya münasibətləri baxımından qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmış, iki ölkənin qanunverici orqanları arasında səmərəli əməkdaşlıq əlaqələrinin gücləndirilməsinin önəminə vurğu edilmişdir.
Azərbaycanlı deputat, həmçinin Malayziya Sənayeçilər Federasiyasında (#FMM), Strateji və Beynəlxalq Tədqiqatlar İnstitutunda görüşlər keçirmiş, Malayziyanın qabaqcıl sahibkarlıq müəssisələrinin rəhbər şəxsləri ilə fikir mübadiləsi aparmışdır.
Millət vəkilinin may ayının 10-da Kuala Lumpur şəhərində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş rəsm sərgisinin rəsmi açılış mərasimində iştirakı da nəzərdə tutulur. Sərgidə azərbaycanlı rəssamların əsərləri nümayiş etdiriləcəkdir.
 

Search in archive