2023-05-08

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə, həmçinin Azərbaycan və Malayziya arasında diplomatik münasibətlərin yaradılmasının 30-cu ildönümünə həsr edilmiş tədbir

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə, həmçinin Azərbaycan və Malayziya arasında diplomatik münasibətlərin yaradılmasının 30-cu ildönümünə həsr edilmiş tədbirlər planı çərçivəsində səfirlik tərəfindən görülən işlərin davamı olaraq 8 may 2023 cü il tarixində, Malayziyanın nüfuzlu universitetlərindən biri olan Malaya Universitetinin Beynəlxalq və Strateji Tədqiqatlar fakültəsində “Azərbaycan Respublikasının xarici siyasəti və Heydər Əliyev” mövzusunda Səfirliyin birinci katibi-konsulu Elsevər Salmanovun elmi təqdimatı olmuşdur.

 

 

Search in archive