2023-05-28

Malayziyanın Kralı Əlahəzrət əl-Sultan Abdullah Riayatuddin əl-Mustafa Billah Şah ibni əl-Mərhum Sultan Hacı Əhməd Şah əl-Mustain Billahın Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə ünvanladığı təbrik məktubu

Malayziyanın Kralı Əlahəzrət əl-Sultan Abdullah Riayatuddin əl-Mustafa Billah Şah ibni əl-Mərhum Sultan Hacı Əhməd Şah əl-Mustain Billahdan
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri!
Azərbaycanın müstəqilliyinin 105-ci ildönümü münasibətilə Kraliça ilə birlikdə Sizə ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırırıq.
Səmimi-qəlbdən ümid edirik ki, Malayziya ilə Azərbaycan arasında mövcud olan çoxillik əlaqələr qarşıdakı illərdə dövlətlərimizin rifahı naminə daha da möhkəmlənəcəkdir.
Uca Allahdan Zati-alinizə cansağlığı, Azərbaycan Respublikasına və onun xalqına isə davamlı sülh, tərəqqi və firavanlıq diləyirəm.
Hörmətlə,
Əlahəzrət əl-Sultan Abdullah Riayatuddin əl-Mustafa Billah
Şah ibni əl-Mərhum Sultan Hacı Əhməd Şah əl-Mustain Billah
Malayziyanın Kralı
 
 
 

Search in archive