2023-05-28

Tailand Krallığının Baş naziri General Prayut Çan-o-çanın Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə ünvanladığı təbrik məktubu

Tailand Krallığının Baş naziri General Prayut Çan-o-çadan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri!

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Tailand Krallığının hökuməti və xalqı adından Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Otuz ildən çoxdur ki, Tailand və Azərbaycan arasında dostluq münasibətləri mövcuddur. Əminəm ki, əlaqələrimiz ölkələrimizin və xalqlarımızın rifahı naminə qarşılıqlı maraq doğuran bütün sahələrdə bundan sonra da möhkəmlənəcəkdir.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

General Prayut Çan-o-ça

Tailand Krallığının Baş naziri
https://president.az/az/articles/view/59930 
 
 
 
 

Search in archive