2023-05-28

Bruneyin Sultanı Hacı Həssənal Bolkiahın Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə ünvanladığı təbrik məktubu

Bruneyin Sultanı Hacı Həssənal Bolkiahdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Əs-səlamu aleykum və rəhmətullahi və bərəkətuhu.

Zati-aliləri!

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan hökumətinə və xalqına ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Mən Bruney ilə Azərbaycan arasında mövcud olan dostluq münasibətlərini yüksək qiymətləndirir və ikitərəfli əlaqələrimizin, eləcə də İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində tərəfdaşlığımızın daha da inkişafına ümid edirəm.

Allah-Taala Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə tərəqqi və firavanlıq nəsib etsin!

Vəssəlamu aleykum və rəhmətullahi və bərəkətuhu.

Hacı Həssənal Bolkiah

Bruneyin Sultanı
https://president.az/az/articles/view/59991 

 

Search in archive