AR Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun rəhbərliyi ilə nümayəndə heyətinin Malayziyaya səfəri ilə bağlı məlumat
22-26 may tarixində AR Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun rəhbərliyi ilə nümayəndə heyəti Malayziyada səfərdə olmuşdur.
Nümayəndə heyəti Malayziya Baş nazirinin departamentində Dini məsələlər üzrə nazir, Senator Dato' Setia Dr. Haji Mohd Na'im Mokhtar, Malayziyanın Federal Ərazilər İslam Dini Şurasının sədri Datuk Dr. Mohd Daud Bakar ilə görüşmüşdür.
Nümayəndə heyəti Malayziyanın islam elmlərinin tədrisi və tədqiqi sahəsində ən nüfuzlu eım və təhsil müəssisələrində də görüşlər keçirmişdir. Beynəlxalq İslam Universitetinin, Malayziya Mili Universitetinin, İslam Müqəddəsləri Universitetinin rəhbərləri ilə keçirilən görüşlərdə, həmçinin bu universitetlərdə çalışan mütəxəssislərin iştirakı ilə təşkil edilən dəyirmi masa müzakirələrində əməkdaşlıq əlaqələrinin yaradılması və genişləndirilməsi, birgə proqram və layihələrin həyata keçirilməsi məsələləri diqqət mərkəzində olmuşdur.
Bundan başqa, nümayəndə heyətinin iştirakı ilə Malayziyanın 3 elmi-tədqiqat mərkəzində - İslam Düşüncəsi İnstitutunda (İKİM), Qabaqcıl İslam Elmləri İnstitutunda (İAİS) və İslam Düşüncəsi və Sivilizasiya Mərkəzində (İSTAC) geniş müzakirələr təşkil edilmişdir.
May ayının 27-də nümayəndə heyəti Bruney Darüssalama yola düşmüşdür. Bu səfər barədə məlumat əlavə olaraq izləyicilərimimz üçün saytda yerləşdiriləcək.