2023-05-16

Malayziyada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş sahmat turniri keçirilib

 
Malayziyada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş silsilə tədbirlər davam edir.
Bu dəfə səfirliyin təşəbbüs və dəstəyi əsasında Malayziya Şahmat Federasiyasının təşkilatçılığı ilə geniş turnir təşkil olunub. May ayının 14-də keçirilmiş turnirdə Malayziyanın müxtəlif ştatlarından fərqli yaş qruplarına məxsus 60 nəfərə yaxın qadın və kişi idmançılar öz qüvvələrini sınayıblar.
Turnir İsveçrə şahmat sistemi əsasında olmaqla sürətli oyun üslubunda keçirilib. Turnirin sonunda qaliblərin mükafatlandırılması mərasimi təşkil olunub.
Kişilərdə ilk üçlüyə, sırası ilə, Lim Zhuo Ren, Anderson Ang Ern Jie və Vonq Cianven yiyələnə biliblər.
Qadınlar arasında isə ilk üç yeri Nithyalakshmi Sivanesan (I yer), Adira Addaviya (II yer) və Nur Naciha Azman Hişam (III yer) tutmuşlar.
 
Tədbirlə bağlı ətraflı məlumat aşağıdakı liklərdən əldə oluna bilər
 
 
 
 
 

Search in archive