2023-05-30

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun rəhbərlik etdiyi nümayəndə heyətinin 27-30 may tarixlərində Bruney Darüssəlamə səfəri ilə bağlı məlumat

Cari ilin 27-30 may tarixlərində Bruney Darüssəlamda səfərdə olan Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun rəhbərlik etdiyi nümayəndə heyəti sözügedən ölkənin dini işlər naziri cənab Badaruddin Bin Osman ilə görüşmüşdür. Səfər çərçivəsində nümayəndə heyəti, həmçinin  dövlət müftisi Dr. Ustaz Hacı Avanq Abdul Aziz ilə, Bruney Darüssəlam Universiteti və Sultan Şərif İslam Universiteti kimi bir sıra ali təhsil ocaqlarında da görüşlər keçirmişdir.
Görüşlər zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
 
 
 
 
 

Search in archive