2023-06-16

15 iyun 2023-cü il tarixində Malayziya Parlamentində keçirilmiş görüş

Malayziya Parlamentinin Beynəlxalq münasibətlər və beynəlxalq ticarət üzrə Xüsusi Komissiyasının üzvləri, eləcə də Malayziyada akkreditə olunmuş bir sıra xarici ölkələrin diplomatik nümayəndəliklərinin rəhbərləri ilə 15 iyun 2023-cü ildə Malayziya Parlamentində görüş keçirilmişdir. Görüşdə Rusiya Federasiyası, Tailand Krallığı, Cənubi Afrika, Hindistan, Kuba, Tanzaniya, Yeni Zelandiya və Azərbaycan Respublikasının səfirləri iştirak etmişdilər.

Öz çıxışında səfir İrfan Davudov ölkəmizdə yaradılan investisiya mühiti, azad edilmiş ərazilərdə aparılan işlər, azad iqtisadi zonada yaradılan şərait barədə, həmçinin bərpa olunan enerji, turizm, ərzaq təhlükəsizliyi, halal istehsal və s. sahələrdə  mövcud olan əməkdaşlıq imkanları barədə görüş iştirakçılarını məlumatlandırmışdır.

Search in archive