2023-11-02

Bruney nümayəndələri ilə görüşdə Azərbaycanın investisiya mühiti haqqında məlumat verilib

Ölkəmizin Bruney ilə iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi məqsədilə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Bruney Milli Ticarət və Sənaye Palatası arasında onlayn görüş təşkil olunub.

Azərbaycanın Malayziyadakı, eyni zamanda Bruney Darussalamda akkreditə olunmuş səfirliyinin təşkil etdiyi görüşdə AZPROMO-nun icraçı direktorunun müavini Zöhrab Qədirov, Bruney Milli Ticarət və Sənaye Palatasının prezidenti Hacı Abdul Saman, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədr müavini İsmayıl Manafov, İqtisadi Zonaların İnkişafı Agentliyinin şöbə müdiri İlahə Abbaszadə, eləcə də Azərbaycan və Bruney tərəfdən digər şəxslər iştirak ediblər.

Azərbaycan səfirliyin müşaviri E.Salmanovun moderatorluğu ilə keçən görüşdə Bruney Milli Ticarət və Sənaye Palatasının prezidenti Hacı Abdul Saman rəhbərlik etdiyi qurumun fəaliyyətləri və ölkəsinin iqtisadi potensialı ilə bağlı ətraflı təqdimat edib.

Görüşdə Azərbaycanın iqtisadi, eləcə də idxal-ixrac potensialı, ölkəmizin investisiya mühiti, habelə Azərbaycanın beynəlxalq nəqliyyat yolları üzərində artan əhəmiyyəti ilə bağlı ətraflı təqdimat olub, qarşılıqlı suallar cavablandırılıb.

Search in archive