2023-12-22

Azərbaycan Respublikasının Malayziya, Tailand Krallığı, Myanma İttifaqı Respublikası və Bruney Darüssalamda müvəqqəti və ya daimi əsasda yaşayan VƏTƏNDAŞLARININ NƏZƏRİNƏ!

7 fevral 2024-cü il tarixinə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti növbədənkənar seçkilərində xarici ölkələrdə olan Azərbaycan Respublikası vətəndaşlarının seçki hüquqlarının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında hazırlıq işləri görülməkdədir. Bu məqsədlə xarici ölkələrdəki Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında seçki məntəqələri yaradılmaqdadır.  

Azərbaycan Respublikası Prezidenti seçkilərində iştirak etmək istəyən Malayziya, Tailand Krallığı, Myanma İttifaqı Respublikası və Bruney Darüssalamda daimi yaşayan və ya müvəqqəti olan, yaxud uzunmüddətli ezamiyyətdə olan 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının seçici siyahısına daxil edilməsi məqsədilə 29 dekabr 2023-cü il tarixinədək aşağıda qeyd olunmuş əlaqə vasitələri ilə Azərbaycan Respublikasının Malayziyadakı Səfirliyinə müraciət etmələri xahiş olunur.

Telefon: 603-4252 6800 / 603-4253 4800

Elektron poçt: kualalumpur@mission.mfa.gov.az

Müraciət zamanı seçici siyahısına əlavə edilməsi məqsədilə Azərbaycan Respublikası vətəndaşının tam adı (soyadı, adı, atasının adı), doğulduğu tarix (il, ay və gün) və hazırda yaşadığı (xarici ölkədəki) ünvan barədə məlumat təqdim olunmalıdır.

Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əsasən konsul qeydiyyatına durmuş seçicilərin sayı 50-dən artıq olan diplomatik nümayəndəlik və konsulluqlarda seçki məntəqələri yaradılacaqdır.

Search in archive