2024-02-23

Tailand Krallığının Baş naziri Settxa Txavisin İlham Əliyevə prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik ünvanlayıb

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zati-alinizə Tailand Krallığının Hökuməti və xalqı adından ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Əminəm ki, sizin davamlı liderliyiniz Azərbaycan Respublikasına və onun xalqına daha böyük firavanlıq və tərəqqi gətirəcək. Mənim hökumətim Zati-alinizlə ölkələrimizin və xalqlarımızın qarşılıqlı mənafeyi naminə dostluq əlaqələrimizi daha da inkişaf etdirməkdə maraqlıdır.

Bu fürsətdən istifadə edərək, Sizə gələcək fəaliyyətinizdə davamlı uğurlar arzu edirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul edin.

Hörmətlə,

 

Settxa Txavisin

Tailand Krallığının Baş naziri

Search in archive